Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında baş verən toqquşmalar zamanı 26 etirazçı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Bildirilir ki, etirazçılarla toqquşmada isə 3 polis xəsarət alıb.

***15:34

İrəvanda polislə etirazçılar arasında toqquşma baş verib. 

"Unikal" xəbər verir ki,  bu  barədə Ermənistan daxili işlər nazirliyi məlumat yayıb.

***14:50

İrəvanın mərkəzində Ermənistanın “Vətən adına Tavuş” müxalifət hərəkatının təşkil etdiyi etiraz aksiyası başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" teleqram kanalında məlumat verilib.

Hazırda respublikanın paytaxtında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə yürüş keçirilir. Aksiyasının iştirakçıları baş nazir Nikol Paşinyanın istefaya göndərilməsini tələb edirlər.

Gülayə Mecid