Uzun müddətdir ki, siyasi arenadan uzaqlaşan Türkiyənin 11-ci prezidenti Abdullah Güldən xəbər var.
"Unikal" Türkiyə mətbuatına istinadla bildirir ki, Gülün siyasi səhnəyə qayıtması üçün hazırlıqlara başlanılıb. Hətta o, DEVA, “Gələcək” və “Səadət” partiyalarını birləşdirərək, sədrlik edəcək.
Qeyd edək ki, Gül 1991-2007-ci illərdə Türkiyə Böyük Millət Məclisində 5 dəfə Kayseri millət vəkili vəzifəsində çalışıb. 2001-ci ildə AK Partiyanın yaranmasında rolu olan şəxslərdən biri olan Abdullah Gül, 2002-ci ildə baş nazir və Türkiyə Cümhuriyyətinin 58-ci hökumətinə rəhbərlik etmişdir. 28 avqust 2007-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Türkiyənin 11-ci prezidenti seçilib.
Gülayə Mecid