Mayın 15-də sui-qəsd nəticəsində güllələnən Slovakiyanın baş naziri Robert Fitso ən azı bir neçə ay öz işinə qayıda bilməyəcək.
"Unikal" xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri Yuray Blanar deyib
"Onun səhhəti, Allaha şükür, yaxşılaşır, lakin hər halda, onun baş nazir vəzifəsinə tam olaraq qayıda bilməsi üçün daha bir neçə ay lazım olacaq”, - deyə nazir bildirib.
Fitso mayın 30-da "Banska Bystrica" (Mərkəzi Slovakiya) xəstəxanasından buraxılıb. O, müalicəsini evində davam etdirir.