Fransa polisi Sen-Etyendə (ölkənin şərqindəki Luara departamenti) Olimpiya oyunları çərçivəsində keçiriləcək futbol yarışı zamanı terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun 18 yaşlı Çeçenistan vətəndaşı olduğu bildirilir.
Radikal islamçı tamaşaçılara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktı törətməyi planlaşdırıb.