Rusiya prezidenti Vladimir Putin Andrey Loginovun dövlət katibi - Rusiya Ədliyyə Nazirliyi rəhbərinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, sənəd rəsmi portalda dərc olunub.
"Andrey Viktoroviç Loginov Rusiya Federasiyasının dövlət katibi - ədliyyə nazirinin müavini vəzifəsindən azad edilsin", - sərəncamda deyilir.
O, 2020-ci ilin iyul ayından bu vəzifəni icra edir. 2012-2020-ci illərdə Loginov Rusiya Federasiyası Hökuməti rəhbərinin müavini, 2000-2012-ci illərdə isə Hökumətin Dövlət Dumasında səlahiyyətli nümayəndəsi olub.