ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Manhetten cinayət məhkəməsində hakimlərin onun barəsində hökmü və Ağ Evin bu qərarda iştirakı bütün amerikalılar üçün təhlükə deməkdir.
"Unikal" xəbər verir ki, bu barədə o, məhkəmə prosesindən sonra keçirdiyi ilk mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, ABŞ-nin hazırkı rəhbərliyi hətta keçmiş prezidentə qarşı cinayət təqibinə başlamaq üçün işi saxtalaşdırıb.
“Hamınız təhlükə altındasınız, əgər bunu mənə etdilərsə, sizə də edə bilərlər. Bu qərar Ağ Ev və korrupsioner Co Baydenə aiddir. "O, Birləşmiş Ştatlar tarixindəki ən axmaq və bacarıqsız prezidentdir", - deyə Tramp bildirib.