Almaniya kansleri Olaf Şolts getdikcə daha çox Almaniyanın təhlükəsizliyini təhdid edir.
“Unikal” xəbər verir ki, bu sözləri Bundestaqın deputatı Sara Vaqenknext deyib. Deputat Almaniya hakimiyyətinin Ukraynanın Rusiya ərazisini alman silahları ilə vurmasına icazə vermək qərarına münasibət bildirib.
"Alman silahlarından istifadə edərək Rusiyaya hücum etmək? Bu, yalnız eskalasiyaya kömək edir və Ukraynadakı vəziyyəti yaxşılaşdırmır. Olaf Şolts sülh kansleri deyil, getdikcə Almaniya üçün təhlükəsizlik təhdidinə çevrilir.”