Çoxlarını maraqlandırır ki, Lukaşenko Ulan-Batora niyə gəlir? Biz hamımız bilirik ki, Lukaşenko Belarusda insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır.
"Unikal" xəbər verir ki, bu barədə Monqolustanın keçmiş prezidenti və baş naziri Tsaxiaqiyn Elbeqdorj sosial şəbəkələrdə yazıb.
“Monqolustan Roma Statutunun tərəfidir. Lukaşenkonu Ulan-Batorda həbs gözləyir. Hazır olun. Yaramaz diktator Kremlin layihəsini irəli aparmağa çalışır.
"Monqolustan Baş Nazirinin partiyası ölkəni Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyə doğru sövq etmək istədiyi üçün öz gücünü qoruyub saxlamaq üçün ümidsizdir" deyə o yazıb.