İran dövləti prezident İbrahim Rəisinin qəzaya uğradığı helikoperin qalıqlarının tapılmasında göstərdiyi yardıma görə Türkiyəyə təşəkkür edib.
"Unikal" xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.
"İran bizə təşəkkür etdi", - nazir qeyd edib.
Qeyd edək ki, helikopterin qalıqlarını Türkiyəyə məxsus "Akıncı" PUA-sı tapda da, İran Baş Qərargahı bunu təkzib edərək, helikopteri onlara məxsus PUA-ların tapdığını açıqlayıb.