Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti baş naziri ad günü münasibətilə təbrik edib.
Paşinyan Putinə təbrikinə və həmçinin mayın 25-də baş vermiş daşqın nəticəsində Lori bölgəsində dağılmış dəmir yolu hissələrinin tezliklə bərpası ilə bağlı mayın 26-da Rusiya Dəmir Yollarına verdiyi göstərişə görə Rusiya Federasiyasının Prezidentinə təşəkkür edib.
Ağarza Elçinoğlu