Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı 1700-dən çox insan zərərçəkmiş kimi tanınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məhkəmə iş üzrə təqsirləndirilən 20 nəfərdən dördünün istintaq təcridxanasında saxlanma müddətini uzadıb.
İş üzrə 800 nəfər şahid qismində tanınıb.
Xatırladaq ki,martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.
Ağarza Elçinoğlu