Türkiyənin xarici işlər naziri Hakan Fidan Çin Xalq Respublikasına rəsmi səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlayıb.
XİN rəhbəri həmkarı Van İnin dəvəti ilə iyunun 3-dən 5-dək Çində olacaq: "Nazirimiz Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti ilə 3-5 iyun 2024-cü il tarixində Çin Xalq Respublikasına rəsmi səfər edəcək. Səfər çərçivəsində həyata keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin müzakirə olunması, eyni zamanda aktual regional və beynəlxalq mövzularda fikir mübadiləsinin aparılması nəzərdə tutulub".