Goranboyda maşın aşaraq çaya düşüb.

"Unikal"ın məlumatına görə, hadisə Safıkürd kəndi yaxınlığında baş verib. Avtomobilin idarəetmədən çıxaraq aşması və çaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarərləri alan 1962-ci il təvəllüdlü sürücü Abdullayev Münasib Abdulla oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov