Nyu-Yorkun məşhur Tayms meydanının reklam panellərindən birində Ermənistanın baş naziri Nikol Paşinyanın ad günü münasibətilə türkcə təbrik yer alıb.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb. 

Elektron lövhədə öncə türk dilində təbrik cümlələri və daha sonra baş nazirin fotosu əks olunub. 

Təbrikin təşkilatçılarının kim olduğu barədə məlumat yoxdur.

Ağarza Elçinoğlu