Rusiya hərbçiləri Ukraynanın hərbi-sənaye kompleksi müəssisələri üçün işləyən enerji obyektlərinə zərbələr endirib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlayıb. 

"Rusiya hərbçiləri Ukraynanın hərbi-sənaye kompleksi müəssisələri üçün işləyən enerji obyektlərinə yüksək dəqiqlikli dəniz bazalı silahlarla qrup zərbəsi endirib", - məlumatda deyilir. 

Zərbənin hədəfləri vurduğu deyilir. 

Ağarza Elçinoğlu