Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah vəliəhd kimi Şeyx Sabah Xalid Əl-Sabahı təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mayın 11-də əmir birpalatalı parlamentin buraxıldığını və konstitusiyanın bəzi müddəalarının fəaliyyətinin dayandırıldığını elan edib. Onun sözlərinə görə, ölkənin siyasi səhnəsindəki fikir ayrılıqlarına görə hakimiyyət demokratik prosesin bütün aspektlərinin öyrəniləcəyi konstitusiyanın bəzi maddələrinin fəaliyyətini dörd ildən çox olmayan müddətə dayandırmağa məcburdur.
Bundan sonra parlamentin səlahiyyətləri müvəqqəti olaraq əmirə və nazirlər kabinetinə verilib.
Ağarza Elçinoğlu