Misir, ABŞ və Qətər İsrail və HƏMAS-ı ABŞ prezidenti Co Baydenin qeyd etdiyi prinsiplər üzrə saziş bağlamağa çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.
"Qəzza zolağında atəşkəsin təmin edilməsi, girovların və məhbusların azad edilməsi üçün davam edən müzakirələrdə vasitəçilik edən ABŞ, Misir və Qətər HƏMAS və İsraili prezident Baydenin mayın 31-də qeyd etdiyi prinsipləri əks etdirən razılığa gəlməyə çağırır", - deyə məlumatda bildirilir.
Ağarza Elçinoğlu