Sahibkar və investor Halla Tomasdottir İslandiyada keçirilən prezident seçkilərində qalib gəlib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Tomasdottir 34,3% səslə qələbə qazanıb.
Keçmiş baş nazir Katrin Yakobsdottir 25,2% və Halla Hrund Loqadottir isə 15,5% səs toplayıb.
55 yaşlı Tomasdottir avqustun 1-də vəzifəsinin icrasına başlayacaq.