İranın keçmiş prezidenti Mahmud Əhmədinejad qarşıdan gələn prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçmək üçün Daxili İşlər Nazirliyinin seçki qərargahına gəlib.
"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər. İranın dövlət televiziyasının rəsmi "Telegram" kanalında yayımlanıb.
Xatırladaq ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib.
İranın keçmiş rəhbəri İbrahim Rəisi mayın 19-da helikopter qəzasında həlak olub.