Polis Eyfel qülləsi yaxınlığında üzərində "Ukraynada öldürülən fransız əsgərləri" yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut qoyan üç nəfəri saxlayıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, hadisə ilə bağlı tabutları furqonla Parisin mərkəzinə aparanlar bolqar, ukraynalı və alman əsilli şəxslər olublar.
Paris prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb. Cinayət işinin hansı maddə üzrə açıldığı açıqlanmayıb.