Amerikalı media maqnatı Rupert Merdok 93 yaşında rusiyalı iş adamı Roman Abramoviçin keçmiş həyat yoldaşı Yelena Jukovanın 67 yaşlı anası ilə evlənib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, cütlüyün toy mərasimi Kaliforniyadakı Merdok üzüm bağında yaxınlarının iştirakı ilə baş tutub.

2023-cü ilin mart ayının sonunda Merdokun kantri musiqiçisi Çester Smitin 66 yaşlı dul arvadı Ann-Lesli ilə nişanlandığı bildirilirdi. Cütlüyün toyu 2023-cü ilin yayın sonunda baş tutmalı idi, lakin nişan ləğv edildi.

Elə həmin ilin avqustunda məlum oldu ki, Merdok təqaüdçü molekulyar bioloq olan 66 yaşlı Yelena Jukova ilə görüşməyə başlayıb. Onunla üçüncü həyat yoldaşı Vendi Denq vasitəsilə tanış olub, o da öz növbəsində Yelena Jukovanın qızı Daria ilə dostdur.