Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə Daşkənddə danışıqları ərəfəsində Mərkəzi Asiya respublikasının kənd təsərrüfatı nazirinə dadlı meyvələrə görə təşəkkür edib.

"Unikal" xəbər verir ki, Putinin təşəkkürü Rusiya dövlət kanalında yayımlanıb.

“Meyvəyə görə təşəkkür edirəm, prezident onu mənə göndərib. O qədər dadlıdır ki", - deyə Putin Özbəkistan kənd təsərrüfatı naziri İbrohim Abdurahmonova müraciətində deyib.