Maldiv adaları hökuməti İsrail ordusunun Qəzza zolağında əməliyyatları ilə bağlı ictimaiyyətin hiddətinin artması səbəbindən ölkəyə İsrail pasportları ilə girişi qadağan etmək qərarına gəlib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Əli İhusan bildirib.
"Nazirlər Kabineti bu gün İsrail pasportları ilə Maldiv adalarına girişi qadağan etmək üçün zəruri olan qanunvericiliyə ən qısa zamanda düzəlişlər etmək qərarına gəlib", - nazir vurğulayıb.
İhusan əlavə edib ki, qərar hökumətin iclasında qəbul edilib və qanun layihəsinə dəyişikliklərin tez bir zamanda qəbul edilməsi üçün xüsusi komitə yaradılıb.