Ermənistanın Sünik rayonunda İrana məxsus yük maşını yanıb.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, qeyri-müəyyən şəraitdə İran dövlət nömrə nişanlı “Volvo” markalı yük maşınının ön hissəsində yanğın baş verib.
Yanğınsöndürənlər yanğını söndürsələr də, 24 ton armaturla yüklənmiş yük maşını yararsız hala düşüb.
Polis hadisənin səbəblərini araşdırır. Bundan əlavə, yük maşınının sürücüsü və sahibinin şəxsiyyəti müəyyənləşdirilir.