Çexiyanın şimal-qərbində yerləşən Liberets şəhərində ildırım vurması nəticəsində 10-dan çox insan xəsarət alıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, yaralılar arasında uşaqlar da var.
Hadisə şəhərin parklarından birində ağaca ildırım düşməsi nəticəsində baş verib.
Yaralıların ümumi sayı 18 nəfərə çatıb.