Portuqaliyanın Beja şəhərində aviaşou zamanı iki Yak-52 təyyarəsi səmada toqquşub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, faciə nəticəsində pilotlardan biri həlak olub, ikincisi isə ağır yaralanıb.
Təyyarə qəzası nəticəsində yanğın baş verib.
Tamaşaçılar təyyarələrin toqquşması anını lentə alıblar və təşkilatçılar Portuqaliya Hərbi Hava Qüvvələrinin 72-ci ildönümünə həsr olunmuş tədbiri ləğv etmək qərarına gəliblər. Ölən pilot İspaniya vətəndaşı, yaralanan isə Portuqaliya vətəndaşıdır.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər.