ABŞ prezidenti Co Bayden Üçüncü dünya müharibəsinin başlanmasına görə məsuliyyəti öz üzərinə götürmək niyyətində deyil.
"Unikal" xəbər verir ki, bu bəyanatla Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çıxış edib.
“Biz Rusiya və digər nüvə gücləri ilə münaqişəyə can atmırıq”, - deyə siyasətçi vurğulayıb.
Kirbi bunu Ukrayna ordusuna Amerika silahları ilə Rusiya ərazisinə hücum etməyə icazə verdikdən sonra Vaşinqtonun Moskva ilə münaqişənin tamhüquqlu iştirakçısına çevrilməkdən qorxub-qorxmaması sualına cavabında deyib.