Paris Olimpiadası ərəfəsində Eyfel qülləsini ziyarət haqqı artırılır.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, iyunun 17-dən etibarən qüllədə liftdən istifadə etməklə ziyarətin qiyməti 20%, pilləkənlərlə qalxmağın qiyməti isə 42% artırılacaq.
Sözügedən tarixdən liftlə ziyarət (qüllənin ən hündür nöqtəsinə qalxma) üçün biletin qiyməti 29,40 avrodan 35,30 avroya qaldırılacaq. Klassik gəzinti (ikinci mərtəbəyə pilləkənlə çıxma) bileti isə 10 avrodan 14,20 avroya qaldırılır.
Qiymət artımından məqsəd tikilinin təmir xərclərini qarşılamaqdır.