"The Washington Post"un (ABŞ) ilk qadın baş redaktoru Salli Buzbi vəzifəsini tərk edir.
"Unikal" xəbər verir ki, bu barədə nəşr özü məlumat yayıb.
Bildirilir ki, o, 2021-ci ildən "The Washington Post"a rəhbərlik edir. Onun rəhbərliyi altında qəzet bir neçə mükafat alıb, lakin eyni zamanda auditoriyasının əhəmiyyətli bir hissəsini itirib. Ötən il WP-nin itkiləri 77 milyon dollar təşkil edib. Məlumata görə, Buzbi 2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərinə qədər WP-yə rəhbərlik edəcək, sonra isə onu "The Telegraph Media Group"un redaktor müavini Robert Vinnetə həvalə edəcək.
Salli Buzbi 58 yaşındadır və bundan əvvəl "Associated Press"də müxbir, sonra büro rəhbəri, 2017-ci ildən isə baş redaktor kimi çalışıb.
Gülayə Mecid