Məxfi kəşfiyyat xidməti MI6 Çinin adı açıqlanmayan mərkəzi dövlət qurumlarının iki əməkdaşını Böyük Britaniyanın xeyrinə işə götürüb.
"Unikal" xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyi bəyanat yayıb.
Bildirilir ki, evli ər-arvad olan iki casusun işi üzrə əlavə araşdırma aparılır.
"Vanq adlı casus 2015-ci ildə mübadilə proqramı ilə Böyük Britaniyada təhsil alırmış və həmin dövrdə MI6 tərəfindən gizli şəkildə təşkil edilən şam yeməyinə və turlara dəvət edilib", - məlumatda deyilir.
Sonradan Vanq Britaniya tərəfinə pul müqabilində xidmət göstərməyə başlayıb. Qeyd olunur ki, xüsusi casusluq təlimindən sonra o, “vacib məlumatlar” toplamaq üçün ÇXR-ə geri göndərilib.
Gülayə Mecid