Qeyri-rəsmi olaraq həm İsrail, həm də “Həmas” təklif olunan təkliflə praktiki olaraq razılaşıb.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə strateji kommunikasiyalar koordinatoru Con Kirbi bildirib.
"ABŞ ümid edir ki, hər iki tərəf Co Baydenin planının birinci mərhələsinə tezliklə başlamaqla razılaşacaq", - deyə o qeyd edib.
Plana görə, birinci mərhələ altı həftə davam edəcək və İsrail qoşunlarının Qəzza zolağının yaşayış məntəqələrindən çıxarılması və yüzlərlə fələstinli məhbusun əvəzində “Həmas” tərəfindən girovların bir qismi azad ediləcək. İkinci mərhələ bütün qalan canlı girovların mübadiləsini nəzərdə tutur. Üçüncü mərhələ çərçivəsində Qəzza zolağının yenidən qurulması planına başlanacaq və girovların cənazələri ailələrinə təhvil veriləcək.
Ağarza Elçinoğlu