Böyük Britaniya vətəndaşı olan iranlı qadın ölkənin keçmiş kraliçası ilə görüşmək ittihamı ilə həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nəsrin Ruşan adlı qadın İranda sürgündə olan keçmiş şahın həyat yoldaşı Fərəh Pəhləvi ilə görüşdüyünə, habelə Londonda İran hakimiyyəti əleyhinə nümayişlərdə iştirak etdiyinə görə həbs edilib.
Onun əri Araş Asiyabi bildirib ki, Ruşan Böyük Britaniyada yaşayır və 25 il əvvəl İrandan köçdükdən sonra həmin ölkənin vətəndaşı olub. Qadın xəstə qohumunu ziyarət etmək üçün vətənə qayıdarkən hava limanında saxlanılıb.
O, 200 gündən artıqdır ki, İnqilab Keşikçiləri Korpusunun idarə etdiyi Evin həbsxanasında karserdədir.
Nəsrin 2023-cü ildə mərhum şahın ölümünün ildönümündə iştirak etmək üçün Misirə səfər edib və burada Kraliça Fərəh Pəhləvi ilə görüşüb.
Ağarza Elçinoğlu