İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş prezidentliyə namizəd olmaq üçün qeydiyyatdan keçib.
"Unikal" xəbər verir ki, Bəzrpaş İran-Azərbaycan birgə komissiyasının həmsədridir.
Bundan əvvəl bildirilmişdi ki, 4 gün ərzində qeydə alınan namizədlərin ümumi sayı 37-yə çatıb.
Xatırladaq ki, seçkilər iyunun 28-də keçiriləcək.