Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi Cənubi Qafqazı dəyişdirəcək.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində deyilir.
ABŞ lideri qeyd edib ki, sülh müqaviləsi Azərbaycanın regiondakı rolunu kökündən dəyişəcək: "Uzunmüddətli sülh sazişi çoxillik münaqişəyə son qoyacaq, Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu kökündən dəyişəcək. ABŞ bu istəyi dəstəkləməyə hazırdır. Gələcək nəsillərə sülh və firavanlığın rəhbər prinsiplərimiz olaraq qalmasını təmin etmək öhdəliyimiz var".
Müraciəti ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Harri Kemian oxuyub.
Xatırladaq ki, 4-6 iyun tarixlərində Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçirilir.
Ağarza Elçinoğlu