Xaçmaz rayonunun Ləcət kənd tam orta məktəbində bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, məktəbin 11-ci sinif şagirdi Azər Babaşov sinif yoldaşı Daşdəmir Rəhimovu bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarəti alan məktəbli xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.