Qoyun otarmağa gedən kişi meşədə ölü tapılıb.
"Unikal" xəbər verir ki, hadisə ötən gün Oğuz rayonunun Sincan kəndi ərazisində baş verib.
Belə ki, həmin kənd sakini 1973-cü il təvəllüdlü Anar Məmmədyarov səhər saatlarında qoyunları otarmaq məqsədilə, kənd ərazisindəki meşəlik əraziyə gedib. Kənd sakinləri axşam saatlarında qoyunların kəndə çobansız qayıtdığını görüb A. Məmmədyarovu axtarmağa başlayıblar və nəticədə 51 yaşlı kişini ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli