Ermənistanın düşünülməmiş addımları Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər ölkələri ilə ümumi müdafiə sahəsinin yaradılması üzrə birgə işlərə qayıtmağı mümkünsüz edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, İrəvan Qərbin əməkdaşlığın gücləndirilməsinə, o cümlədən təhlükəsizlik sahəsində böyük maraq göstərdiyi şəraitdə yaranmış məqamdan istifadə etmək istəyib: "Bununla belə, Qərb ölkələrinə milli məlumat bazalarına, ölkənin təhlükəsizliyinə həssas olan məlumatlara tam girişi təmin edəcək düşünülməmiş qərarlar nəinki son nəticədə dövlətin suverenliyini təhdid edir, həm də dövlətin suverenliyinə təhlükə yarada bilər, eyni zamanda, qərb dövlətləri ilə birgə müdafiə sahəsinin qurulmasını obyektiv olaraq qeyri-mümkün edə bilər".
Qaluzin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində tam şəkildə iştirakının ilk növbədə erməni xalqının maraqlarından irəli gəldiyinə və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasına xidmət etdiyinə əminliyini ifadə edib.
Ağarza Elçinoğlu