Litva dağıdıcı daşqınların nəticələrinin aradan qaldırılması üçün Ermənistana humanitar yardım göstərəcək.
"Unikal" xəbər verir ki, bu barədə Litva hökumətinin sosial şəbəkə hesabında qeyd olunub.
"Litva-Ermənistan həmrəyliyi fəaliyyətdədir. Litva hökuməti son dağıdıcı daşqınlardan əziyyət çəkən Ermənistana 100 min avroluq humanitar yardımı təsdiqləyib", - məlumatda deyilir.
Ağarza Elçinoğlu