Ermənistan parlamentinin spikeri Alen Simonyan Sloveniyaya rəsmi səfəri çərçivəsində Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts-Musar ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Görüşdə Cənubi Qafqaz, Avropa və Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti müzakirə olunub.
"Alen Simonyan Nataşa Pirts-Musara Ermənistan-Azərbaycan danışıqlarının həlli prosesini təqdim edib...Spiker Ermənistanın Cənubi Qafqazda sülhü bərqərar etmək əzmində olduğunu qeyd edib", - məlumatda deyilir.
Ağarza Elçinoğlu