"Moskva ilə Bakı arasında uğurlu, praqmatik və etibarlı münasibətlər mövcuddur". 

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Dövlət başçısı Azərbaycanda 300-dən çox rusdilli məktəb açıldığını da diqqətə çatdırıb: "Azərbaycanda 300-dən çox rusdilli məktəb var və mən bilirəm ki, prezident Əliyev (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - red.) rus dilinin öyrənilməsini dəstəkləyir", 

Bundan əlavə, prezident qeyd edib ki, Rusiyada Azərbaycandan olan kifayət qədər çox tələbə, o cümlədən büdcə əsasında təhsil alan tələbələr var. 

Rusiya lideri əlavə edib ki, Şimal-Cənub marşrutunun timsalında ölkələr arasında əməkdaşlıq aydın görünür. Bu nəqliyyat dəhlizi sayəsində yüklərin Şimal paytaxtından Avropa hissəsi vasitəsilə Azərbaycana, oradan isə Fars körfəzi ölkələrinə çatdırılması 10 gün sürətləndiriləcək.

Ağarza Elçinoğlu