"Xarici agentlər haqqında qanun" qəbul edildikdən sonra Gürcüstanla viza rejiminin liberallaşdırılması məsələsinə yenidən baxılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
Səfir qeyd edib ki, bu, Aİ-də variantlardan biri kimi nəzərdən keçiriləcək.
Herçinski qanunun qəbulunun nəticələrinin olacağını və Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin artıq məsələni müzakirə etməyə başladığını bir daha vurğulayıb.
Onun sözlərinə görə, indi Gürcüstanla Avropa İttifaqı arasında kifayət qədər ciddi problem var: "Aİ səfiri kimi mənim problemim ondan ibarətdir ki, viza rejiminin liberallaşdırılması dayandırılarsa, vətəndaşlar zərər çəkəcək, çünki onlar uzun illərdir ki, sərbəst hərəkət şəraitindən istifadə edirlər. İnsanlar ağır qiymət ödəməli olacaqlar və bu, şübhəsiz ki, Aİ-nin məqsədi deyil. Bu, mənim fikrimdir, lakin qərar üzv dövlətlər tərəfindən yaxın həftələrdə veriləcək".
Ağarza Elçinoğlu