London Ukraynaya Rusiya ərazisindəki hərbi obyektləri Britaniya silahları ilə vurmağa icazə vermək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Agentlik qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Liderlər əsas diqqəti iyunun 15-16-da İsveçrədə keçiriləcək sülh sammitinə hazırlığa yönəldiblər.
"Əminəm ki, hətta seçkiqabağı dövrdə də Böyük Britaniya sammitdə ən yüksək səviyyədə təmsil olunacaq", - Zelenski bildirib.
Ağarza Elçinoğlu