Rusiyalı tərəfdaşlar dəmir yolunun bərpası istiqamətində genişmiqyaslı işlər aparırlar.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş nazirii Nikol Paşinyan hökumətin iclasında deyib.
Baş nazirin sözlərinə görə, hökumət yeni körpülərin tikintisi ilə bağlı beynəlxalq tərəfdaşlarla fəal işləyir və onların dəstək göstərəcəyinə ümid var: "Birinci mərhələdə obyektiv olaraq, hətta təmizləmə və axtarış-xilasetmə əməliyyatları üçün beynəlxalq dəstəyə ehtiyacımız yox idi. İndi bizim insanların itkilərinin bərpası və ödənilməsi baxımından real dəstəyə ehtiyacımız var və çox vacibdir ki, beynəlxalq tərəfdaşlarla danışıqlarda mümkün dəstək formalarının siyahısı var ki, tərəfdaşlarımız onlar üçün uyğun variant seçə bilsinlər".
Xarici işlər naziri Ararat Mirzoyan da bildirib ki, ən azı bir neçə tərəfdaş xüsusilə körpünün tikintisi məsələsində hazır olduqlarını bildiriblər.
Ağarza Elçinoğlu