Ficinin 75 yaşlı Baş naziri Sitiveni Rabuka Okeaniya çempionatında güllə atıcılığında bürünc medal qazanıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, yarışa qatıan Baş nazir üçüncü yeri tutub.
O, 50 il əvvəl ölkəni Birlik Oyunlarında dekatlon, güllə atma, disk və çəkic atma yarışlarında təmsil edib.
Rabuka Fici milli reqbi komandasında da oynayıb.
Rabuka 1992-ci ildə hakimiyyətə gəlməzdən əvvəl idmanla fəal məşğul olub və Fici ordusunda xidmət edib.