"Tavuşda sərhəd qoşunları növbətçilik edir. Bu, sərhədçilərin nəzarət zonasıdır".
"Unikal" xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.
O, demarkasiyadan sonra Tavuşda mövqe dəyişikliyinin olub-olmaması ilə bağlı sualı cavablandırmaqdan yayınıb: "Son vaxtlar biz çox açıq, çox şəffaf işləyirik. Əvvəllər məlumatın işlək olmayan yerə çatdırılmamasından şikayətlənirdinizsə, indi də o problem yoxdur, ictimaiyyətə hər cür məlumat verilir. O, sərhədçilərin növbətçi məntəqəsidir. Üçüncü Ordu Korpusu mövcuddur. Təbii ki, onların öz problemləri var, sərhədçilərin də öz problemləri".
Ağarza Elçinoğlu