Rusiya dəfələrlə Avropa İttifaqının Ermənistanda “paramilitar” mövcudluğunun qarşıdurma xarakterini şərh edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, sübutlar ortadadır: "Bu missiyanın anti-Rusiya, anti-Azərbaycan və anti-İran məqsədləri getdikcə daha aydın görünür, üstəlik, NATO ölkələri də ona qoşulmağa başlayanda hər şey aydın oldu".
Diplomat qeyd edib ki, Aİ-dən hərbi-siyasi sabitliyi pozmaq və regionu “geosiyasi rəqabət meydanına” çevirməkdən başqa heç nə gözləmək lazım deyil: "Biz əminik ki, bu gün Cənubi Qafqazın üzləşdiyi bütün aktual problemlər regional dövlətlərin kollektiv səyləri əsasında, kənar müdaxilələr olmadan həll edilməlidir və həll edilə bilər".
Ağarza Elçinoğlu