“Apollon 8” kosmik missiyasının üzvlərindən biri Uilyam Anders təyyarə qəzasında həlak olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Vaşinqton ştatında baş verib.

Məlumata görə, 90 yaşlı Anders cümə günü ABŞ-ın şimal-qərb sahillərində San Juan arxipelaqında qəzaya uğrayan təyyarənin idarəetməsində olub.

Qeyd edək ki, “Apollon 8” kosmik gəmisi 1968-ci ildə ABŞ-da buraxılıb. Kosmik gəmidə astronavtlar Frank Borman, Ceyms Lovel və Uilyam Anders olub. Missiya tarixdə Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət idi.