İranda keçiriləcək növbədənkənar prezident seçkilərində qeydiyyatdan keçə bilən 4 qadın namizəddən birincisi olan İran parlamentinin keçmiş nümayəndəsi Zöhrə Elahiyan seçkilərdə iştirakdan imtina edib. 

"Unikal" xəbər verir ki, Elahiyan bu barədə sosial şəbəkədə yazıb. 

“Xalqın, ziyalılarınn və elitanın etimad göstərdiyi namizədi dəstəkləyərək, İslam inqilabının ağıllı rəhbərinin əsas rəhbər vəzifələrdə qadınların olması ilə bağlı müsbət və müdrik fikrinə görə minnətdarlığımı bildirməklə yanaşı, elan edirəm: Namizədliyimi irəli sürməkdən imtina edirəm", - deyə qadın siyasətçi qeyd edib.