Hindistanda 4 yaşlı uşaqda quş qripi növü olan A (H9N2) quş qripinə yoluxma halı aşkarlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə Hindistanda H9N2 virusunun ilk dəfə 2019-cu ildə insanda aşkarlanmasından sonra ikinci hal kimi qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın Qərbi Benqal əyalətində 4 yaşlı uşaqda quş qripi A (H9N2) xəstəliyinin aşkarlandığını təsdiqləyib.
Ağır tənəffüs yoluxucu xəstəliklər, yüksək hərarət kimi şikayətlərlə fevral ayında reanimasiya şöbəsinə yerləşdirilən uşaq 3 aydan sonra evə buraxılıb.