"Rusiya Cənubi Qafqazın siyasi və iqtisadi reallıqlarını nəzərə alır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Ali İqtisadiyyat Məktəbinin Hərbi İqtisadiyyat və Strategiya İnstitutunun elmi rəhbəri Dmitri Trenin deyib.
Ekspert qeyd edib ki, Rusiya imperiya deyil: "Biz imperiya dövründən çıxmışıq, Rusiya ilə Türkiyə arasında Zaqafqaziya uğrunda mübarizə yoxdur. Rusiya da Türkiyə kimi hər vasitə ilə düşmənçilikdən qaçmağa çalışır. Bu gün Türkiyə ilə bağlı heç kimin illüziyası yoxdur. Amma bu gün bu ölkə Rusiyanın çox mühüm tərəfdarıdır.
Rusiya 2020-ci ildə Qarabağ münaqişəsi ilə bağlı çətin vəziyyətdə dördtərəfli deyil, üçtərəfli bəyannamə əldə etməyə və Rusiya-Türkiyə missiyası çərçivəsində Türkiyənin rəsmi hərbi iştirakına razılıq verməyə çalışdı və qismən buna nail oldu. Bu, Rusiyanın Türkiyənin regionda təsirinin artması ilə razılaşdığı deyil, Rusiya bunu sadəcə olaraq geosiyasi reallıq kimi qiymətləndirir. Rusiya Federasiyasının gələcəyi xüsusi hərbi əməliyyatın necə, nə vaxt və necə başa çatacağından asılı olacaq. Əgər Rusiya qələbə qazanarsa, bu, tamam başqa situasiya olacaq və Rusiya başqa istiqamətlərdə çox daha fəal hərəkət edəcək və Türkiyə bunu bilir, Ukrayna müharibəsi ilə bağlı öz mövqeyini qəbul edib və bu mövqe rusiyapərəst deyil".
Ağarza Elçinoğlu